...


İnternational Paper şirkəti – kağız istehsalı üzrə dünya lideridir. Şirkətin Şimali və Latın Amerikasında, Avropada, Asiyada və Şimali Afrikada fabrikləri mövcuddur. Office Lines şirkəti 2006-cı ildən İnternational Paper şirkətinin HP Papers markalı kağızları üzrə Azərbaycanda rəsmi və yeganə distributorudur.

 


Leitz fayllama və təşkilati məhsullarının Avropadakı lideridir. Dünyada ilk dəfə arxiv qovluq 1896-cı ildə Almaniyada Leitz şirkəti tərəfindən icad edilmişdir. Bugün də Leitz şirkəti “Dünya Dəftərxana Malları Kralı” statusuna malikdir. Leitz arxiv qovluqları 5 il zəmanətlə satılır. 100 illik keçmişinin verdiyi təcrübə ilə yeniliyi birləşdirən Leitz məhsullarının keyfiyyəti, ofis məhsulları sektorundakı digər məhsullardan Leitz`i ayıran ən böyük fərqdir. Office Lines şirkəti 2006-cı ildən Leitz şirkətinin Azərbaycanda rəsmi və yeganə distributorudur.

 


Esselte fayllama və digər ofis məhsullarının dünyadakı lider markasıdır. Müvəffəqiyyətinin əsasında cazibədar qiymətləri və regional fərqliliklərə uyğun məhsullar təqdim etməsi dayanır. Esselte markalı ofis məhsulları qiymət üstünlüyünü və keyfiyyəti birlikdə təqdim edir. Office Lines şirkəti 2006-cı ildən Esselte şirkətinin Azərbaycanda rəsmi və yeganə distributorudur.

 


Manu markalı qovluqları illər boyu istifadəçilərin ilk tərcih etdiyi qovluq olmuşdur. 3 il zəmanətlə, 10000 dəfə test edilmiş və hər dəfə eyni keyfiyyətlə açılıb bağlanan Yeni No:1 Power mexanizması ilə Manu qovluqları indi daha da güclüdür. Office Lines şirkəti 2006-cı ildən Manu şirkətinin Azərbaycanda rəsmi və yeganə distributorudur.

 


Rapid yüksək keyfiyyətli stepler, dəlgəc, stepler içliyi və silikon aparatlarının istehsalçı olan bir İsveç markasıdır. 2010-cu ildən Esselte Groupa qatılmışdır. Artıq 60 ildir ki, Rapid bazarda fərqli ehtiyaclara cavab verməkdədir. Bu vaxt ərzində Rapid ənənə, dizayn və innovasiya dedikdə ağıla ilk gələn marka olmuşdur. Office Lines şirkəti 2010-cu ildən Rapid şirkətinin Azərbaycanda rəsmi və yeganə distributorudur.

 


Tarifold yüksək performans üçün professional həllər təqdim edir. Nizamlı iş sistemi yaradır. Daha rahat, daha sürətli və daha məhsuldar çalışmağınızı təmin edir. Fabrikadan ofisə, avtomobil qalereyasından turizm agentliyinə, otel resepsiyonundan xəstəxana dəhlizlərinə qədər iş sahələrində işinizi nizamlayır. Office Lines şirkəti 2009-cu ildən Tarifold şirkətinin Azərbaycanda rəsmi və yeganə distributorudur.

 


Panda Pano şirkəti 2005-ci ildən fəaliyyət göstərir. Yazı, elan və maqnit löhvələr, löhvə silgiləri, interaktiv yazı löhvələri, stolüstü dəstlər, cizgi stollarının istehsalı üzrə Türkiyə lideridir. Office Lines şirkəti 2007-ci ildən Panda Yazı Gereçleri San.Dış.Tic.Ltd şirkətinin Azərbaycanda yeganə distributorudur.

 


Edding şirkəti 1960-ci ildə Almaniyanın Hamburg şəhərində yaradılmışdır. Yüksək keyfiyyəti və yenilikci düşüncəsi ilə dünyanın 1 nömrəli yazı ləvazimatları istehsalçısıdır. Metaldan şüşəyə, plastikdən farfora, kağızdan taxtaya qədər müxtəlif səthlər üzərində yazı və işarələmə üçün geniş ceşiddə marker və yazı vəsaitləri vardır. Dünyanın 11 ölkəsində şəxsi fabrikləri vardır. 2011-ci ildən Office Lines şirkəti Azərbaycanda rəsmi və yeganə distributorudur.

 


Avant şirkəti stolüstü metal dəstlərin istehsalçısıdır. 2011-ci ildən Office Lines şirkəti Azərbaycanda rəsmi və yeganə distributorudur.

 


Ekoline şirkəti PVC materialdan arxiv qovluq istehsalçısıdır. 2012-ci ildən Office Lines şirkəti Azərbaycanda rəsmi və yeganə distributorudur.